Menu

İstehsalçının zəmanəti

Yeni Volkswagen avtomobillərinə verilən zəmanətlər

Etibarlı Volkswagen avtomobilini seçərkən, Siz, avtomobilə sahib olduğunuz müddət ərzində, brenddən keyfiyyət zəmanəti və maksimal rahat şərtlər əldə edirsiniz.  Azərbaycan Respublikası ərazisində alınmış Volkswagen markalı yeni avtomobillərə, yürüş məhdudiyyəti olmadan, Volkswagen şirkətinin rəsmi dileri avtomobili satdığı tarixdən etibarən 2 il ərzində  zəmanət təqdim olunur.

Volkswagen Polo

RF ərazisində istehsal olunan yeni nəsil Volkswagen Polo modelli avtomobillərə 3-illik istehsalçı zəmanəti verilir. Bu zaman iki il zəmanət yürüş məhdudiyyəti olmadan, üçüncü ildə isə avtomobil alındığı andan etibarən 100 000 km-ə çatana qədər verilir (nəyin daha əvvəl baş verəcəyindən asılı olaraq).


Volkswagen avtomobillərinə aşağıdakı zəmanətlər verilir:
  • Yürüş məhdudiyyəti olmadan, banın lak- boya örtüyünün çatışmazlıqlarının olmadığına dair 3 il zəmanət;
  • Yürüş məhdudiyyəti olmadan, bütöv korroziyanın olmadığına dair 12 il zəmanət.