Menu

Hüquqi aspektlər

Hüquqi məlumat.

Volkswagenauto.az saytının kontenti "Azərbaycan Automobiles" QSC şirkəti (Bakı şəh. Nəcəfqulu Rəfiyev küç. 29 ) tərəfindən idarə olunur.

Müəlliflik hüquqları

İstifadəçi rəsmi olaraq təsdiq edir ki, saytda mövcud olan təqdimatlar, kontent, ticarət nişanları, loqotiplər və bütün məlumat və verilənlər intellektual müəlliflik hüquqları ilə qorunur və "Azərbaycan Automobiles" QSC-nin və onun tədarükçülərinin mülkiyyəti olaraq qalır.

"Azərbaycan Automobiles" QSC-nin əvvəlcədən yazılı icazəsi olmadan, bu veb-saytın və onun məzmununun tamamının və ya bir hissəsinin kommersiya məqsədləri ilə təqdimatı, təkrarlanması, yayılması, satılması, nəşr edilməsi, dəyişdirilməsi və istənilən üsulla istifadə edilməsi qadağandır. Onların qeyri- qanuni məqsədlərlə istifadə edilməsi də qadağandır. Lakin, bu veb- səhifələrin çap edilməsi fərdi istifadə üçün icazəlidir.

Əsas müddəa

Bu veb-sayta keçid əldə edərək və ondan istifadə edərək, siz şəxsi məlumatların istifadə edilməsi şərtləri ilə razılaşırsınız. Bu Şərtlərin hər hansı bir müddəası tətbiq olunmaz olarqa qalır və ya hüquq müddəalarına zidd olursa, bu cür hal digər müddəaların etibarlılığına və tətbiq edilməsinə təsir göstərə bilməz. Bu şərtlər bu veb-sayta və "Azərbaycan Automobiles" QSC-nin internetdəki bütün təşəbbüslərinə şamil edilir.

"Azərbaycan Automobiles" QSC o şərtlə istənilən vaxt bu şərtləri uyğunlaşdırmaq hüququnu özündə saxlayır ki, istifadəçilər bu veb-sayt barədə və ya elektron poçt vasitəsilə məlumatlandırılacaqlar.

Məsuliyyət – məlumatların dəqiqliyi

"Azərbaycan Automobiles" QSC və onun informasiya təchizatçıları istənilən formada virusların, xətanın və ya istifadəçinin istifadə etdiyi infrastruktura uyğun olmayan hər hansı proqramın və ya tətbiqin səbəb olduğu zərərə görə məsuliyyət daşıya bilməz. "Azərbaycan Automobiles" QSC istifadəçiyə nasazlıq, yarıda kəsilmə və ya xəta, bərpaetmə, texniki xidmət, texniki problem, şəbəkənin və ya yanaşı xidmətlərin kəsilməsi faktı üzrə dəymiş zərərə görə məsuliyyət daşımır.

İstifadəçi bu veb-saytı elə istifadə edəcək ki, bu istifadə, yanlış və ya təhqiredici məlumatların daxil edilməsi ilə, üçüncü şəxslərə, "Azərbaycan Automobiles" QSC-ə ziyan vurmasın.

Bu saytda göstərilən bəzi modellər və komplektasiyalar faktiki xüsusiyyətlərdən bir qədər fərqlənə bilər. Təqdim olunan rənglər sizə faktiki rənglər haqqında ümumi təsəvvür verə bilər və onlar ekranınızın tənzimləmələrindən asılı olaraq əks olunur. Bu saytdakı məlumatlar sayt hazırlandığı zaman aktual olan son məlumatlara əsaslanır.

"Azərbaycan Automobiles" QSC heç bir səhvə görə məsuliyyət daşımır. "Azərbaycan Automobiles" QSC həmçinin istənilən vaxt qiymətdə dəyişiklik etmək və öz məhsullarının konstruksiyasını və tərtibatını, heç bir öhdəlik olmadan, dəyişdirmək hüququnu özündə saxlayır.

Bu veb-saytda mövcud olan məlumatlar sadəcə təxmini məlumatdır və bizimlə Volkswagen-in diler şəbəkəsini birləşdirə biləcək müqavilə təklifi deyil. Modellərin qiymətində və istehsal /mövcudluq qrafiklərindəki dəyişikliklər xəbərdarlıq edilmədən həyata keçirilə bilər. Çatdırılmaya və ya nəqliyyat xərclərinə görə ödəniş tutula bilər. Nəqliyyat vasitələrinin qiymətləri, spesifikasiyaları, tədarük müddətləri və zəmanət şərtləri haqqında dəqiq məlumat əldə etmək üçün, Volkswagen idxalçısı ilə əlaqə saxlamağı xahiş edirik.

İstifadəçi qəbul edir ki, "Azərbaycan Automobiles" QSC şirkəti istənilən vaxt, texniki xidmət və yenilənmə səbəbi ilə, bu veb-saytın istifadəsinin mümkünlüyünü dayandırmaq hüququna malikdir.

Hyperlinks

Bu veb-sayta və ya əlaqəli linklərə istifadəçi üçün maraq kəsb edə biləcək digər veb-sayta keçid daxil ola bilər. Lakin, bu link yalnız məlumat məqsədilə nəzərdə tutulub və "Azərbaycan Automobiles" QSC istifadəçinin bu veb-sayt vasitəsilə keçid əldə edə biləcəyi hər hansı digər bir veb-saytına dair heç bir zəmanət vermir.

Onların mövcudluğu heç bir şəkildə demək deyil ki, "Azərbaycan Automobiles" QSC onların məzmununa görə məsuliyyət daşıyır və ya həmin veb-saytın istifadəsi üzrə hər hansı bir öhdəliyi üzərinə götürür.

Yuxarıda qeyd olunan hallar heç bir halda hər hansı maliyyə kompensasiyasına gətirib çıxara bilməz.

Şəxsi məlumatların işlənməsi

Sizin eyniləşdirmə ilə əlaqədar olan şəxsi məlumatlar statistika və birbaşa marketinq tədbirləri üçün "Azərbaycan Automobiles" QSC tərəfindən işlənilir, onlar "Azərbaycan Automobiles" QSC qrupunun şirkətlərinə və ya Volkswagen-in Azərbaycandakı dilerlərinə ötürülə bilər.

Siz məlumatlarınıza keçid əldə etmək hüququna maliksiniz, məlumatlarınız dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün sizə təqdim edilə bilər.

 

Eyniləşdirmə məlumatlarının avtomatik saxlanması

Bəzi hallarda, "Azərbaycan Automobiles" QSC analiz məqsədilə ümumi məlumatları toplayır, məsələn, brauzer versiyasının və ya ziyarətçinin istifadə etdiyi əməliyyat sisteminin növü.

Tətbiq olunan qanunvericilik və səlahiyyətli məhkəmələr

Bu veb-sayt Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində fəaliyyət göstərir. Mübahisəli fikir ayrılıqları halları Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, məhkəmə qaydasında tənzimlənməlidir.

Cookie faylları

Sizə ən yaxşı onlayn materialları təqdim etmək üçün, biz cookie fayllarından istifadə edirik. Bu sayta baxmaqla, siz cookie fayllarının istifadə edilməsi şərtlərini qəbul edirsiniz