Menu

IQ Drive

Avtomobilin qismən fərdi idarə edilməsi

"IQ Drive"  ağıllı elektron köməkçiləri gündəlik vəziyyətlərdə sürücüyə kömək edir, sürücülük rahatlığını və təhlükəsizliyini artırır.

Lane Assist zolaqda saxlama köməkçisi

Sürücü, istəmədən zolaqdan çıxdıqda, Lane Assist onu xəbərdar edir və zərurət yarandıqda avtomobili zolağa qaytarmaq üçün sükanı idarə edir. Tam və ya kəsik-kəsik, ağ və ya sarı rəngdə olan işarələri tanımaq üçün sistemə sağ və ya sol tərəfdə yerləşən bir xətt kifayət edir.

 

ParkAssist avtomatik park etmə köməkçisi
ParkAssist avtomatik park etmə köməkçisi park yerinə girərkən və çıxarkən əla kömək edir. Sistem həm uzununa, həm də köndələn parkinqi irəlidən və arxadan təmin etməyə imkan verir. ParkAssist sisteminin son versiyasında tələb olunan park manevrini seçmək artıq lazım deyil. Sistem bunu avtomatik olaraq edəcəkdir.

 

SideAssist zolaq dəyişdirmə köməkçisi
Sistem, görünməyən zonada olan nəqliyyat vasitələri haqqında məlumatı sürücüyə ötürür. Köməkçi aktivləşdirildikdən sonra 10 km/saat sürətlə işə başlayır. İki radar sensoru, avtomobilin arxasındakı, 70 m-ə qədər məsafədə olan ərazini və avtomobilin yanında olan görünməyən zonanı izləyir.

 

Adaptiv kruiz nəzarəti

Adaptiv kruiz nəzarəti avtomobilin sürətini əvvəlcədən təyin olunmuş maksimum sürətə qədər avtomatik olaraq tənzimləyir, öndəki avtomobil ilə əvvəlcədən təyin olunmuş məsafəni saxlayır və avtomobil tam dayanana qədər maşını yavaşladır. Radar sensoru avtomobilin qarşısındakı ərazini izləyir, qabaqdakı nəqliyyat vasitəsi ilə məsafəni saxlayır və nisbi sürətini ölçür.