Menu

Disclaimer Volkswagen

Bu saytda yerləşdirilən məlumatlar ümumi tanışlıq üçün nəzərdə tutulub.

Məlumat "Azərbaycan Avtomobiles" QSC şirkəti tərəfindən təqdim edilib, məlumatların düzgünlüyü və aktuallığını təmin etmək səylərimizə baxmayaraq, biz veb-saytın və ya məlumatların, məhsulların, xidmətlərin və ya veb-saytda bu və ya digər məqsədlərlə dərc edilmiş müvafiq qrafik materialların bütövlüyü, dəqiqliyi, etibarlılığı və yararlığı ilə bağlı heç bir açıq və ya nəzərdə tutulan təsdiq və ya zəmanət təqdim etmirik. Müvafiq olaraq, siz bu məlumatlardan yalnız özünüz risk daşıyaraq istifadə edirsiniz.

Biz heç bir halda itkilərə və ya zərərə görə, o cümlədən, dolayı və ya yanaşı itkilərə və zərərə görə, habelə, ümumilikdə, məlumatların itirilməsi və ya əldən buraxılmış səmərə səbəbi ilə baş vermiş və ya bu veb-saytın istifadə edilməsi nəticəsində və ya onunla bağlı heç bir itkilərə və zərərə görə məsuliyyət daşımırıq. Siz bu veb-saytdan linklər vasitəsilə "Azərbaycan Avtomobiles" QSC-nin nəzarəti altında olmayan digər veb-saytlara keçə bilərsiniz. Biz həmin saytların xarakterinə, məzmununa və ya onlara keçidə nəzarət etmirik. Hər hansı bir linkin mövcudluğu mütləq orada ifadə olunan fikirlərin tövsiyəsi və ya təsdiqi demək deyil.

Biz bu veb-saytın fasiləsiz işləməsini təmin etmək üçün əlimizdən gələni edirik. Bununla belə, "Azərbaycan Avtomobiles" QSC bizdən asılı olmayan texniki problemlər nəticəsində veb-saytın müvəqqəti işləməməsinə görə məsuliyyət daşımır.

Görüntülərdə göstərilən nəqliyyat vasitələri istehsal modellərindən fərqlənə bilər. Bütün rəy və təkliflərlə bağlı vahid əlaqə mərkəzi *0999 ilə əlaqə saxlaya bilərsiniz.