Menu

Volkswagen
ban təmiri 

Volkswagen-in rəsmi dilerində banın təmirinin üstünlükləri

Volkswagen texnologiyalarına uyğun ban təmiri

Yalnız Volkswagen ban təmirinin həyata keçirilməsi sahəsində lazımı ekspertizaya malikdir

  • Ban təmirinin hər bir mərhələsi üzrə ətraflı məlumatların olduğu istehsalçı portallarına keçid;

  • Ban təmiri üzrə bütün texnologiyalara və proseslərə ciddi riayətetmə;

  • Daimi əsaslarla Volkswagen brendi tərəfindən ban təmiri üzrə texnologiyalara riayət edilib- edilmədiyinə nəzarət

Ban üçün orijinal ehtiyat hissələri

Orijinal ehtiyat hissələrinin istifadə edilməsi Volkswagen-in təhlükəsiz istifadəsini təmin edir

  • Diler təmir zamanı ban üçün yalnız orijinal ehtiyat hissələrindən istifadə edir;

  • Orijinal detalların istifadə edilməsi ilə təmir avtomobili ilkin zavod vəziyyətindəki halını bərpa etməyə imkan verir və təkrar yol- nəqliyyat hadisəsi zamanı zədələnmələrin həcminin artmasının qarşısını alır;

Orijinal ehtiyat hissələrinin istifadə edilməsi sürücü və sərnişinlərin təhlükəsizliyini yüksək səviyyədə qoruyub saxlamağa imkan verir.

Daha Ətraflı

Qiymətqoymanın şəffaflığı

Ban təmirinin qiyməti sondur və bu qiymətə keyfiyyətli təmir üçün lazım olan hər şey daxildir

  • Dilerdə ban təmirinin dəyərinə işlər, ehtiyat hissələri, lak- boya materialları və birdəfəlik quraşdırma detalları daxildir;

  • Ban təmirinin dəyəri işlər görülməzdən öncə, gizli qüsurların nəzərə alınması ilə, razılaşdırılır;

  • Müştəri ban təmiri kalkulyatorundan istifadə etmək imkanına malik olur ki, bu kalkulyator seçilmiş dilerdə ban təmiri dəyərini hesablamağa imkan verir

Daha Ətraflı

Sertifikatlaşdırılmış avadanlıq və lak- boya materialları

Yalnız təsdiq edilmiş avadanlıqların və tövsiyə edilmiş materialların istifadə edilməsi ilə keyfiyyətli ban təmirini həyata keçirmək mümkündür

  • Diler yalnız Volkswagen avtomobilləri üçün uyğunlaşdırılmış avadanlıqdan istifadə edir (yeni model alüminium banlarının təmiri üçün avadanlıq da daxil olmaqla);

  • Yalnız bütün dünyada məşhur olan omoloqasiya olunmuş lak- boya materialları istifadə olunur (ən son tərtibatlar da daxil olmaqla) ki, bu da avtomobilin uzun müddət və problemsiz istifadəsinin təminatıdır.

Daha Ətraflı

İşlərin keyfiyyətinə zəmanət

Ban təmirinin bütün mərhələlərində keyfiyyətə ciddi riayət edilməsi ilə keyfiyyətlə görülmüş ban işləri

  • Diler ban təmirinə bir illik zəmanət verir;

  • Dilerdə ban təmiri avtomobilə verilmiş zavod zəmanətinə təsir göstərmir;

  • Hər bir avtomobilin ban təmirinin keyfiyyətinin servis proseslərinə uyğun olaraq yoxlanması;

Volkswagen brendi tərəfindən ban təmirinin keyfiyyətinə seçmə nəzarət

Volkswagen ban üçün orijinal ehtiyat hissələri

Volkswagen orijinal ehtiyat hissələrinin nəyə görə təhlükəsizliyiniz üçün əhəmiyyətli olduğu barədə daha çox öyrənin.

Lak- boya materialları

Sizin Volkswagen-in qüsursuz xarici görünüşü.