Yenilənmiş Volkswagen Passat hər zaman bütün ehtiyacları qarşılaya bilən biznes sedan olaraq öz daxili keyfiyyətlərini qorumağı bacardı. Bununla bərabər, yenilənmiş dizayn avtomobilə daha çevik və idman üslubu verdi. Yenilənmiş Passat həm ciddi görüşlərin alicənab üzvü, həm də ailəvi səyahət və istirahət üçün ən yaxşı yol yoldaşıdır.
Hər detalda fərdiyyət
Yenilənmiş Passat-da geniş tənzimləmə qabiliyyətinə malik adaptiv idarəetmə sistemi asqı sərtliyini fərdi sürücülük xüsusiyyətlərinə uyğun şəkildə tənzimləyir.
İnteraktiv rəqəmsal idarəetmə paneli sürücünün ehtiyac duyduğu bütün məlumatları əks etdirir. 26 sm (10,25 düym) diaqonallı, yüksək keyfiyyətli monitor alətlər panelini və mexaniki sürətölçəni əvəz edir.
Area View sistemi manevr etməyi asanlaşdıraraq monitorda dörd kameranın əks etdirdiyi videoları göstərir. Kameralar avtomobil ətrafında baş verənləri hündürlükdən görməyə imkan verir.
Keyless Access və Start/Stop sisteminin sayəsində açardan istifadə etməyə ehtiyac olmayacaq. Sürücünün qapısına toxunmaq kifayətdir. Keyless Access sistemi, radio siqnal vasitəsi ilə avtomobilin kilidini açır. Sizə qalan - düyməni basaraq mühərriki işə salmaqdır.
İşgüzar səfərlər, dostlarla həftəsonu səyahətləri və ya ailə ilə uzunmüddətli tətil planlarınız üçün Passat-da hər kəs üçün yer var. İnteryerin xüsusi işıqlandırması isə avtomobil salonunu daha özünəməxsus edir.
14 istiqamətdə tənzimləməsi və masaj funksiyası olan ErgoComfort sürücü oturacağı onurğa sütununa düşən yükü azaldır. Asanlıqla sizin üçün ən rahat oturacaq vəziyyətini seçə bilərsiniz.
Hər kəsə uyğun temperaturun seçilməsi elə də asan deyil, xüsusilə avtomobildə çox sərnişin olduğu zaman. Üçzonalı klimat-kontrol funksiyası hər kəs üçün ideal mikroiqlimi tənzimləməyə imkan verəcək.
İstər ulduzlu gecə, istərsə də günəşli bir gün olsun - hərəkət edə bilən, panorama tavanı ilə təchiz olunmuş geniş salon, avtomobilin içərisində bənzərsiz mühit yaradacaq.
"Easy Open" funksiyası ilə yük yerini açmaq üçün avtomobilin arxasına yaxınlaşaraq ayağınızı arxa bamperin altından keçirməyiniz kifayətdir.
Yorğunlunun təyin edilmə funksiyası sükan arxasında əyləşən sürücünün yorğunluq dərəcəsini bildirmək üçün siqnal və vizual olaraq xəbərdarlıq edərək fasilə verməsini tövsiyə edir. Funksiya mövcud vəziyyətə dair sürücünün müstəqil qərar verməsinə maneə olmur.
Qabaqcıl texnologiyalar və innovativ həllər Volkswagen şirkətinin fəlsəfəsində özünəməxsus yer tutur. Xüsusilə əgər söhbət mühərrikdən gedirsə. İnnovativ TSI benzin mühərrikləri özündə yüksək fırlanma momentini, əla dinamikanı və minimal yanacaq sərfiyyatını birləşdirir. Yenilənmiş Volkswagen Passat 150 at gücünə malik 1.4l TSI və ya 190 at gücünə malik 2.0l TSI benzin mühərriki ilə təchiz olunur.